Qərbdən Şərqə - Azadlıq Bəzi yazıçılara “Azad necə olur insan övladı?” sual ediblər. Cavabları sizinlə hissə-hissə bəyəndiklərim sırasıyla bölüşəcəyəm: Aristotel “Düşünərək.” Nitşe “Özün olaraq” Platon “Öyrənərək.” Camus “Baş qaldıraraq” Sartr “Hərəkətə keçərək" "İnsanın azadlığı istədiyi hərşeyi edə bilməsində deyil, istəmədiyi heç bir şeyi etmək məcburiyyətində olmamasındadır..." Jan Jak Russo «Hər əlinə keçəni oxuyan adam Nadir halda öz biliyinin dərinlərinə üzüb çata bilər. Artur Konan Doyl Düşünürəm ki, azadlıq həm də oxumaq qüdrətindən məhrum olmamaqdır. Əksinə isə oxucuya təqdim olunan kitablarda təyin olunmuş səhv düşüncələrdir azadlıqdan məhrum olmaq. ✍️🕊️ Hacı İslam qardaşım da azadlıq haqqında öz əsrarəngiz və son dərəcə qəlbimi oxşayan cavab göndərdi. Düşünürəm ki, azadlıq nədir sualı haqqında ən bəyənilən cavabı o verdi. Hacı düşünür ki ; "Azadlıq Hüseynə çevrilməkdir... Əgər azadlığın özünə sual etsən kimsən: Deyərdi Hüseynin yaşatdığı kimsə... Əgər Hüseynə sual etsən azadlıq nə deməkdir? Yəqin ki, deyərdi: Məhbubu razı salanadək Onun uğrunda dəyərli olanlarını itirməkdir... Məhz bu iki fərq arasında azadlıq məfhum olaraq özünü sübüt edərdi.." 6:57 PM /Apr 26.2020

Теги других блогов: azadlıq fəlsəfə oxumaq