Tanınmış yazıçı və filosof Rövşən Abdullaoğlunun XVIII-XX əsr barədə Avropa mədəni ictimai münasibətlərinə olan dialoqunu oxudum. Çox cəlb edilən yerləri nişanladım və sizinlə bölüşürəm həmin məqamları. Avropada ailə, psixologiya, cəmiyyət, tərbiyə, fəlsəfə mövzularında bir çox nəzəriyyələr ortaya atıldı. Məsələn, "bir stəkan su" nəzəriyyəsi. Bu nəzəriyyəyə görə, cinsi istək eynilə qidaya, suya olan istək kimidir. Nəzəriyyənin ardıcıllarının fikrincə, cinsi istəklərin təmin olunması susuzlayan zaman bir stəkan su içmək kimi rahat və asan olmalıdır. Bu asanlığın qarşısını alan əxlaq, ictimai qınaq və ailə kimi maneələr isə aradan götürülməlidir. Məhəbbət yoxdur, sadəcə cinsi ehtiyaclar vardır. Kiminlə, harada, necə, nə qədər tez olması heç bir məna kəsb etmir, əsas qeydsiz və şərtsiz olmasıdır.Bir stəkan su o qədər dəyərsizdir ki, kim istəsə, harada istəsə ona veriləcək. Bu nəzəriyyəyə görə cinsi ehtiyaclar da o cür olmalıdır. (Avropada cinsi inqilab) Cəmiyyətdə "Utanmağa stop", "nudizm", "naturalizm" hərəkatları başladıldı. Nikahdankənar intim münasibətlər, nikahsız birgəyaşama norma hesab edildi. Cinsi elementlərdən qəzetlərdə, jurnallarda, filmlərdə, ədəbiyyatda, digər yazılarda istifadə edilməsi tam sərbəstləşdi. Homoseksuallıq, masturbasiya əvvəlki psixoloqlara görə psixoloji xəstəlik hesab edildiyi halda cinsi inqilabdan sonra psixoloqlar tərəfindən norma kimi qəbul edilməyə başlandı. Bütün bu dəyişikliklər cinsi inqilab hesab olunur Ən çox qeyd olunan mühüm faktorlar içərisində 1960-cı ildə hamiləliyin qarşısını alan dərmanların istehsalını da qeyd edirlər. Əvvəlcə yalnız evli xanımların əldə etməyə icazəsi olan bu dərmanlar 70-ci illərdə artıq bütün qadınların ixtiyarına verildi. Bu, hamilə olmaq qorxusunu azaltdı, cəmiyyətdə azad intim münasibətləri bir qədər də asanlaşdırdı. Statistikaya görə, 1975-1977-ci illərdə sadəcə Qərbi Almaniyada 20 yaşdan aşağı olan qızların 80 faizindən çoxu bu həblərdən istifadə edirdi. 1953-cü ildə UNESCO-nun himayəsi altında fəaliyyət göstərən beynəlxalq naturizm federasiyası yaradıldı.Onlar bütün dünya üzrə tam çılpaq formada görüşlər, kamplar, yığıncaqlar, səyahətlər, fleşmoblar, beynəlxalq lüt veloyürüşlər, nəqliyyat vasitələrində, parklarda yürüşlər, lüt gəzinti və s. təşkil edirlər. Bu cür inqilabların nəzəriyyəçiləri ziyalılar, hərəkətverici qüvvəsi isə gənclər olub. Çünki gənclər adətən daha emosional, cinsi istəkləri də daha yüksək olur, ailə kimi məsuliyyət tələb edən ictimai əlaqələrə boyun əymədən azad yaşamaq istəyir. Alman filosofu və kulturoloqu Herbert Markuze "Eros və sivilizasiya" əsərində qeyd edir: "Gənclər öz təbiətlərindən irəli gələrək cinsi mübarizənin önündədirlər" Cinsi inqilabın şüarı qadınları bağlı qapılar arxasından çıxartmaq, həyat yoldaşlarının əsarətindən xilas etmək, onlara azadlıq vermək idi. Doğrudur qadınlar bağlı qapılar arxasından çıxarıldılar. Lakin bu dəfə onlar cəmiyyətin, iqtisadi maraqların, siyasətin, şou-biznesin, gecə klublarının quluna çevrildilər.Bu inqilab kişi və qadına bir-birlərinə daha çox etimadsızlıq, xəyanət, ailə dəyərlərinin tapdanması, daha rahat dağıdılmasından başqa heç nə gətirmədi. Qərbin feminist analitikləri günümüzün qadınının narahatçılığı barəsində belə yazırlar: "Qadınlar kiminsə eqoist cinsi istəklərinin qurbanına çevrilməsinin nigarançılığını yaşayırlar. Onlar özlərini bədənləri uğrunda mübarizə aparılan qənimət kimi hiss edirlər".Cəmiyyətdə cinsi məqsədlərlə bir dəfə üçün istifadə edilib atılmış, hissləri zədələnmiş, psixoloji travmalı qadınların sayı həddindən artıqdır. Nəticədə qadınlar günümüzdə bu birdəfəlik istifadəyə məruz qalmamaq qorxusunu yaşayırlar. Bundan sonra qarşısındakı insana daha çox etimadsızlıq yaranır. Hesab edilir ki, cinsi inqilabla qadının ictimai vəziyyəti xeyli düzəldi. Belə ki, əvvəl iqtisadi azadlığı olmayan, ictimai işdən məhrum olan qadın indi daha aktiv və sərbəstdir.Məşhur deyimə görə, kapitalın kişi siması vardır. Yəni daha az gəlirli iş sahələri qadınlara məxsusdur. Dünyada qadınların yalnız 10 faizi gəlirli işlərdə çalışırlar. Onların perespektivli işlərdə çalışmaları və karyerada yüksəlmələri çox çətindir. Müasir dünyanın "gözəllik standartları"na uyğun gəlməyən, cavan olmayan qadının şansı isə daha azdır. Əksər qadınlar xadimə, ofisiant, qab və paltar yuyan, satıcı, dayə, tibb bacısı, küçə təmizləyən, telefonçu, katibə, malların reklamını edən model, müxtəlif şirkətlərdə müştəriləri cəlb edən və ya məlumat bürosunun işçisi kimi çox aşağı gəlirli vəzifələrdə çalışırlar. Bu da nəticədə onlarda psixoloji komplekslərin yaranmasına və bir çox sosial problemlərə səbəb olur. Cəmiyyətin qadına bu cür yanaşması onları dolanışıqları üçün daha pis yollara getməyə məcbur edir. Bütün bunlar qadına cinsi inqilabda vəd olunanlar deyildi. Tanınmış amerikalı publisist Maykl Snayder bir məqaləsində yazır: "Cinsi inqilab Amerika qadınları üçün nəsə yaxşı bir şey gətirdimi? Qətiyyən! Xeyr! Əgər həqiqətə baxsaq, aydın olur ki, bu inqilab onlar üçün yalnız fəlakətli nəticələrə səbəb olub". Ona görə də analitiklər cinsi inqilabı uğursuzluqla nəticələnən böyük bir eksperiment hesab edirlər 🧠

Теги других блогов: Rövşən Abdullaoğlu Avropa cinsi inqilab