İnsan kimi hörmət etdiyim bir həmvətənimlə İlahi dinin nə kimi faydası olub-olmadığı haqqında kiçik müzakirə apardıq. Həmin şəxs dünyaya daha çox meyilli olub lakin Allahı da qəbul etdiyini mənim sanki gözümə soxurmuş kimi vurğuladı. Fikirlərində Dan Braunun (qərb yazıçısı) "Din insanları idarə etmək üçün təyin olunubdur"- deyimini söz arası mənə atmaca kimi də atdı. Həqiqətən içimdə bu üzdə pul ilə instut bitirib elmli görünən lakin kitab üzü açıb oxumayan xalqıma yandım bir daha. Mətləbdən uzaq düşmək istəmirəm lakin ona sual etdim ki,siz, əziz qardaşım, o məşhur (mənim üçün dırnaq arası məşhur) şəxslə üz-üzə gəlmiş olsaydınız sual edərdiniz ki, yəni mister Dan, siz bu dediyinizə köklü hansı dəlil gətirə bilərsiniz, səncə o bu zaman nə cavab verərdi və sən nə cavab verərsən indi ?
Bəs siz?..
Bu zaman susdu və başını aşağı saldı,əl ayaq psixoloji hərəkətlərinə diqqət etdim, çarəsiz qaldığını gördüm..
Yəni vurğulamaq lazımdır ki, həmin bu şəxsin deyiminə görə din insanları idarə etmək üçün kimlərsə tərəfindən uydurulub mənasında işlədilib. Nəinki xüsusi varlıq və seçilmiş Peyğəmbər tərəfindən ...
Doğrudur,bu oxuyan hər şəxsdə ilk baxışda təəccüb və sual yaradır. Lakin bəziləri bunu eşidib şübhəyə düşdüyü halda digərləri daha tədbirli və ağıllı davranıb araşdırma aparır.
Necə ki, İmam Əli (ə) buyurur ki, Dərk etmədiyin bir şeyi tərk etmə.
Yəni mömin və yaxud müsəlman olan bir şəxsi bugün əyyaş hansısa qərb yazıçısı tədbirli halda azdıra Bilirsə bu ondan xəbər verir ki,bizim adamımız artıq kütləşib. Mən çox mütəəssifanə halda qeyd etmək istəyirəm ki, bugün ortalıqda söz sahibi olan bir çox insanlar əslində boş çəlləyin misalı kimidirlər.
Bir gün ata öz oğlu ilə gedirlər, dağdan bərk səslə üzü aşağı bir çəlləyin hərəkət etdiyini görürlər. Oğul atasına deyir ki, ata can, yəqin bu çəlləkdə nəsə var ki, səsi dağ daşı belə götürüb. Atası deyir ki,yox bala, əksinə onun içi boş olduğundandır. Sən baxma onun səs küyünə, içi bom boşdur...
🌹
4 May 2020