Ölkəmizdə bugünkü gəncliyin ən böyük bəlalarından biri də maddi imkanlara nail olmaq üçün yalnız müəyyən edilmiş kitabları oxumağa meyllilikdir. Uçurum üçün münbit şərait hazırlanıb. Səbəblər çoxdur, lakin maddi rifahın yüksəlişi üçün də gənclər öz potensialını tam olaraq ortaya qoymaqda yarışırlar. Bu arada psixoloji durumu nəzərə alan siyasi idarə etmə qüvvələri onları təyin etdikləri elmlə idarə edirlər. Gələcəkdə kitabla yaranacaq problemləri və inqilabi nəzərləri diqqətə alaraq müəyyən edilmiş sevilən dərclər və yazarlar satışda önə çıxarılıb. Sizə çox sevilərək təqdim olunan kitabları mükafatlandıran qurumlar öz projelərinə uyğun olanları təltifləndirib, qeyrilərini isə peşəkar yazı kimi görmürlər deyə böyük ödüllərdən məhrum qoyurlar. Demokratik baxışa zidd olsa da böyük kütlələrə həmçinin oliqarxlar kimi böyük pul qazanan fiqurlara sərf etdiyi üçün proje hər tərəfli olaraq dəstəklənir. Yazı mətni uzun olmasın deyə tarixi faktlara növbəti yazıda toxunacağıq Qərb mütəfəkkirlərindən biri yazır ; "Əgər düşünürəmsə varam." Sonda hər kəsi bir daha düşünməyə və tütəyin sədası ilə axınla hərəkət etməmək üçün İmam Əli əleyhissəlamın kəlamına müraciət etməyi təklif edirəm. Həzrət Əli əleyhissəlam buyurur ki, bir saat təfəkkür etmək (düşünmək,haqq ilə batilin haqqında fikirləşmək), yetmiş ilin ibadətinə bərabərdir. 5 May 2020

Теги других блогов: gənclər kitab oxumaq maddi imkanlar