İstəklər insanın həyatında mühüm amillərdən biridir. Xoş istəklər ilə yaşamaq və beyində xoş düşüncələr yaratmaq insanı qəlbi səlimə,fərahlığa,aydın və su kimi saf,pak olan yola çıxardar. İstəklər həmdə bir növ gözəl ümidlərdir. Bilirsiz yəqin ki, insanları dirildən ayaqda saxlayan ən vacib şeylərdən biri ümidlərdir. Bəzən olur ki, hansısa insana,maddəyə,cismə ümid bəsləyirik sonluğu isə tamam əksinə olur..
Bunun tək səbəbi budur ki, dünya və onun içindəkilər ümidlər üçün sığınacaq qərar verilməyib. İnsanın yeganə himayədarı və ümid yeri Uca Yaradandır. Hər kəsin içində fitrəti olaraq O Yaradanı tanıyıb tapmaq üçün sadə üsullar kodlaşdırılıb (mövcuddur) .
Qəlb qırmamağın yollarından ən sadə üsulu isə budur ki, insanlarla davranış zamanı təsəvvürünüzə belə gətirin ki,sizin əlinizdə çox qiymətli şüşədən olan əşya var və siz onu heç bir qırıq olmadan əmanət kimi mənzil başına çatdırmalısız. İnsan qəlbi gözəllik heyranıdır. Daş olan ürəkləri muma çevirər məhəbbət. Çalışın məhəbbətinizi bol edin hər bir kəsə qarşı. Təsəvvür edin ki,hər gün sübhdən gecəyə kimi Yaradanına üsyan edən milyonlarla şəxsə Allah məhəbbətlə davranıb ruzi verir və əksiltmir. Biz də özümüzü O Ali Varlığa bənzətməliyik .
İnsan əgər istəyirsə gözəldir, lakin ondan da gözəli bilirsiniz nədir? Onu öz əllərinizlə yaratmaq. Gözəllik elə insan olmaq istəməkdir, hansı ki, bəşər əslində elə bunun təşnəsidir..
Sizə həqiqi insani hiss və duyğuları tapmaqda Allah yar və yardımçı olsun. Çox doğru yolda və doğru şey haqqında təlatümə salmısız zərif qəlbinizi.
Cəhd edin və cəhd edərkən bu işdən usanmayın. Susuz insanın su axtardığı kimi axtarın və siz onu tapacaqsınız.
Salam və dua ilə. Çox minnətdaram.
1 Noyabr 2019