Vurğulamaq lazımdır ki, Xaliqin yaradılış mexanizmində (bunu başa düşülsün deyə şərti olaraq mexanizm adlandırırıq) fəaliyyət göstərən hər bir məxluq (xəlq olunmuş) kamil halı ilə yaradılıb. Həmçinin mükəmməl halını saxlaması üçün həmin ilk Səbəbdən dəstək almağa da məsuliyyətlidir. Diqqət olunası nöqtə budur ki, bu dövrün fəsadlarından ən böyüyü yaradılış mexanizmi danılır və əvəzində məxluqun müstəqil (heç bir vasitə olmadan, İlahi öyüd nəsihət kömək almadan bu qüdrətə malik olmasına süni zəmin yaradılır. Əslində elm sahibi və mənəvi məqamı üstün olan hər bir şəxs (fərq etməz müsəlman yaxud yəhudi, xristian) kəşf yaxud icad etməkdə naqislik meyarının insan əqli ilə bağlı olduğunu etiraf edir. Məsələn, bu gün cəmiyyətə təqdim olunan əksər kəşflərin sonu xəsarətlə bağlıdır . Yəni icad olunmuş əksər maddələr və əşyalar xeyirlə bərabər ziyan vurmaq qüdrətinə də malikdir. Misal üçün, dövrün tələbi olan internet böyük xeyirlər verməsinə baxmayaraq eyni anda böyük şüalanma nəticəsində insanı beyin xərçəngi etmə potensialına malikdir. Bu kimi yüzlərlə bəlkə də minlərlə misal çəkmək olar. Lakin Xaliqin yaratdığı heç bir şey belə deyildir. Demək olar ki, maksimum xeyirlə nəticə verir və bu dəqiq hesablanmışdır. Tutaq ki, hər hansı bir ağacı nəzərinizə gətirin və təsəvvür edin. Ağac meyvə verir, yarpağı kölgə salır,oksigen ixrac edir, çoxalma funksiyası öz daxilində quraşdırılıb, müxtəlif materiallar hazırlanır, gövdəsinin şirəsindən dərman istehsalı üçün faydalıdır və ən sonda hələ demədiyimiz nə qədər misaldan sonra hətta quruyub atılmağa gedən hissəsi də tullantı sayılmır əksinə odun kimi yandırılır. Bu sistem insanın qüdrətlərinin qüsurlu olması və təslim olub həmin məktəbdən faydalanıb inkişaf etməsi üçün milyonlarla misaldan biridir. 7İyun2020

Теги других блогов: yaradılış mexanizmi insanın qüdrətləri mənəvi məqam